Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8991 AZN

Dünyanın ən çox Instagram heştaqı olan şəhərləri

Dünyanın ən çox Instagram heştaqı olan şəhərləri

Siyahıda İstanbul və Dubay kimi müsəlman şəhərləri də yer alıb

2019-cu ildə 118 milyon postla London dünyada ən çox Instagram heştaqı olan şəhər seçilib.

Londondan sonra siyahıda 101 milyon postla Paris şəhəri qərarlaşıb, sonrakı yerlərdə Nays (87 milyon) və Nyu York şəhərləri (83 milyon) yer alıb. Beşinci yerdə isə 79 milyon heştaqla Dubay şəhəri gəlib.

Dünyada ən çox Instagram heştaqı olan şəhərlərin arasında həmçinin bu cür meqapolislər var: İstanbul, Cakarta, Los Anceles, Barselona, Moskva və Tokio.

Araşdırmalar zamanı bəlli olub ki, 33 yaşdan aşağı 41% insan səyahət edərkən, olduğu məkanı Instagramda qeyd edir.