Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8991 AZN

Hillari Klinton: "Prezident seçkilərdə iştirakla bağlı mənə təzyiqlər edilir"

Hillari Klinton: "Prezident seçkilərdə iştirakla bağlı mənə təzyiqlər edilir"

ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.

H.Klinton bununla belə qeyd edib ki, ona planlarını dəyişməsi ilə bağlı təzyiqlər edilir.

"Dediyim kimi, heç vaxt, heç vaxt, heç vaxt" , - deyə o, BBC-yə verdiyi müsahibədə 2016-cı ilin prezident seçkilərindəki məğlubiyyətdən sonra yenidən prezidentliyə namizəd olmaq imkanı haqqında suala cavab verib.

"Sizə deyə bilərəm ki, çox insanlar mənə güclü təzyiq göstərirlər ki, bu haqda düşünüm", - Klinton deyib.

"Amma hələ ki, bu studiyada oturaraq və sizinlə danışaraq deyə bilərəm ki, bu, mənim planlarıma qətiyyən daxil deyil", - deyə o əlavə edib.

Qeyd edək ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti - respublikaçı Donald Tramp gözlənilməz qələbə qazanıb.