Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Bu ilin ən populyar filmləri açıqlanıb

Bu ilin ən populyar filmləri açıqlanıb

Sorğu tamaşaçı səsverməsi əsasında keçirilib

 Amerikada tamaşaçı səsverməsi əsasında keçirilən "People's Choice Awards" mükafatlarının builki qalibləri müəyyən edilib.

"Entertainment Tonight"ın məlumatına görə, tamaşaçılar bu ilin əsas filmi kimi "Qisasçılar: Final"ını seçiblər. Bu film həmçinin "Ən yaxşı döyüş filmi" janrında da qalib olub. Filmdə Dəmir Adam rolunu oynayan Robert Dauni 2019-cu ilin ən yaxşı aktyoru hesab edilib. Hörümçək adam filmində əsas obrazı oynayan Tom Holland isə döyüş filmlərinin əsas ulduzu mükafatına layiq görülüb.

Komediya janrında verilən əsas mükafata Adam Sendlerin Cennifer Enistonla birgə çəkildiyi "Sirli qətl" filmi layiq görülüb. Dram janrında mükafata Cenni Qeydjin "Sonra" əsəri, ailə kinosu mükafatına isə Qay Riççinin "Ələddin" filmi seçiliblər.

Zendaya Koleman ilin aktrisası mükafatına layiq görülüb. Koul Sprous dram filmlərinin ən yaxşı ulduzu seçilib. Noy Sentineo ən yaxşı komediya aktyoru olub. "Kral Şir" filmində Nala obrazını canlandıran Beyons isə ən yaxşı animasiya ulduzu seçilib.