Bakı
21° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8829 AZN

“Google” şirkəti istifadəçilərin səs yazılarını dinlədiyini etiraf etdi

“Google” şirkəti istifadəçilərin səs yazılarını dinlədiyini etiraf etdi

Google şirkəti Google Assistantistifadəçilərinin xəbəri olmadan onların səs yazılarını izləməsi mövzusunda avropalı jurnalistlərin ittihamlarına reaksiya verib. Şirkət istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb. Bu barədə The Verge saytına istinadən 4pdasaytı xəbər verib. Qeyd etmək lazımdır ki, Belçikanın VRT News adlı mediaşirkəti istifadəçilərin Google Assistant ilə ünsiyyət zamanı yazılmış mindən çox səsyazmalarını təqdim edib.

 Bununla belə həmin danışıqlardan böyük bir hissəsi “Ok, Google” əmrinin verilməməsi halında da yazılıb. Bu səbəbdən Google şirkəti öz müştərilərini izləməsi üzrə ittiham olunub. Şirkətin mətbuat xidməti buna reaksiya verib və bu barədə bəyanat təqdim edib. “Bu, nitq texnologiyalarının yaradılmasının vacib kritik hissəsidir və o, Google Assistant kimi məhsulların yaradılması üçün lazımdır” – deyə şirkət təmsilçiləri bildiriblər.

Şirkət təmsilçisi həmçinin qeyd edib ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir. Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Google bildirib ki, həmin səs yazılarının aid olduğu şəxsin kimliyinin sirr olaraq qalması üçün bütün tədbirləri görür və cihazın “Ok, Google” əmri olmadan səhvən kənar səslər vasitəsilə aktivləşməsinin qarşısını almaq üçün xüsusi mexanizm üzərində çalışır. Şirkətin məlumatına əsasən əməkdaşlar bütün səsyazmaların yalnız 0.2%-ni dinləyirlər. Bununla belə onlara səsyazmaların fonunda olan danışıqların və kənar səslərin deşifrələməsi qadağan olunub.