Mərcangilənin daha 2 faydası açıqlandı

Finlandiyanın Tampere Universitetinin alimləri mərcangilənin qanda xolesterin və şəkərin səviyyəsini aşağı saldığını açıqlayıb. Bu barədə “MedikForum” yazıb.
Alimlər bu nəticəyə siçanlar üzərində apardıqları eksperimentdən sonra gəlib. İki qrupa bölünən heyvanların bir qisminə yeməyə yalnız yağ və karbohidrat, digər qisminə isə əlavə olaraq mərcangilə də verilib. Mərcangilə yeyən heyvanların çox gec çəki almaları diqqət çəkib. Bundan əlavə, mərcangilə heyvanların qanında xolesterin və şəkər göstəricilərini yaxşılaşdırıb.
Mərcangilədə orqanizm üçün son dərəcə faydalı maddələr var – resveratrol, kvertsetin, kemferol, proantotsianidinlər. Ola bilsin, məhz onların sayəsində mərcangilə qanda xolesterin və şəkərin səviyyəsini aşağı sala bilir. Giləmeyvə iltihabi proseslərin azalmasına kömək edir və maddələr mübadiləsini stimullaşdırır.
Ən son xəbərlər

İstirahət günlərində gözlənilən hava proqnozu

Dünyanın ən gözəl küçələri bəlli oldu

Böyük Britaniyanın ən böyük külçəsi tapılıb

Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu

"WhatsApp" sabahdan kütləvi mesajları qadağan edir

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Sabahın hava proqnozu açıqlanıb
