Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

Araşdırma - Bəşəriyyətin ilk vətəni olan “Cənnət bağı” Afrikada tapılıb

Araşdırma - Bəşəriyyətin ilk vətəni olan “Cənnət bağı” Afrikada tapılıb

Aparılan bir araşdırma ilə bəşəriyyətin vətəni adlandırılan "Cənnət bağı”nın (Garden of Eden) Afrika ölkəsi Bostvanada olduğu iddia edilir. Araşdırma DNT testinə əsaslanaraq aparılıb. Bu fakta elm dünyasının münasibətinin necə olacağı maraqla gözlənilir. 

"Nature” jurnalında detalları verilən araşdırmaya görə, bəşəriyyətin ilk vətəni ölkənin şimalındakı Zambezi çayının cənub hissələridir. Bildirilir ki, insanlıq təxminən 200 min il əvvəl ortaya çıxıb. Təxminən 70 min il ərzində burada yaşayan ilk insan 130 min il öncə bölgədən köç edib.

Araşdırmaya Sidney Universitetinin professoru Vanessa Hayes rəhbərlik edib. Hayesin verdiyi məlumata görə Cənubi Afrika və Namibiyadakı könüllülərin verdiyi qan nümunələri mitogen adı verilən DNT kodu ilə qarşılaşdırılıb. Vanessa Hayes mitogeni qədim analarımızın zaman kapsulu hesab edir. Bu DNT kodu nəsillər boyunca baş verən dəyişimləri özündə cəmləyir. 

Hayesə görə anatomik olaraq müasir insanın təxminən 200 min il bundan əvvəl Afrikada yaşadığı son dövrlərdə kifayət qədər dəqiqləşdirilmiş məlumatdır. Bu günün əsas müzakirə mövzusu isə insanlığın ilk vətəninin dəqiq olaraq hara olmasıdır.