Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

İtaliya dünyada iqlim dəyişikliyindən dərs keçilən ilk ölkə olacaq

İtaliya dünyada iqlim dəyişikliyindən dərs keçilən ilk ölkə olacaq

İtaliyanın Təhsil naziri Lorenzo Fioramanti "21-ci əsr vətəndaşının istiqrarlı vətəndaş olmalı olduğunu" bəyan edib və ölkənin kurrikyulumunu dəyişdirmək qərarına gəlib.

Beləliklə, gələn ildən etibarən İtalyan məktəblərində bütün siniflərdə iqlim dəyişikliyi, iqlim aciliyyəti və istiqrar dərsləri keçiriləcək. Təhsil naziri bəyan edib ki, dünyada ilk dəfə İtaliya bu mövzuları icbari məktəb tədrisinə salan ölkə olacaq.

Mövzular mövcud coğrafiya, riyaziyyat və fizika dərslərində işlənəcək. İqlim mütəxəssisləri hazırda məktəb kurrikyulumu üzərində işləyirlər. Yanvar ayından etibarən müəllimlərə təlimlərin keçilməsi nəzərdə tutulub. Məktəblərdə hər il iqlim dəyişikliyi və istiqrar kimi mövzularda 33 saat dərsin keçilməsi nəzərdə tutulub.