Bakı
19° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

DYP sürücü və piyadalara xəbərdarlıq edib

DYP sürücü və piyadalara xəbərdarlıq edib

"Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır".

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir: "Bu ağır nəticələr biz dövlət yol polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir. Bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir. Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur". 

Bölmə rəisinin sözlərinə görə, "Yol hərəkəti haqqında qanunun" 40-cı maddəsinin tələblərini görə əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:

"Burada məqsəd heç də piyadaları cərimələmək deyil. İnsanların maarifləndirilməsi və təhlükəsizliyin təmin edilməsi əsasdır. Sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar. Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".

Ən son xəbərlər

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Əkrəm İmamoğlundan Azərbaycan xalqına - Təbrik