Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

Rusiya Fransaya Notr- Damı bərpa etməyə kömək edəcək

Rusiya Fransaya Notr- Damı bərpa etməyə kömək edəcək

“Rəsmi Paris Rusiyanı yanğından sonra Notr- Dam kilsəsinin bərpasında iştirakına razılıq verib”.

Bu barədə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko bildirib.

Şvıdko ölkələr arasında danışıqların bir il davam etdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfi özü kilsənin yenidən qurulmasına kömək təklif edib. 

Xatırladaq ki, Notr- Dam kilsəsi 15 aprel gecə saatlarında yanıb. Yanğın damın və dirəyin çoxunu məhv edib. Yanğın yalnız ertəsi gün söndürülüb. Nəticədə 3 nəfər xəsarət alıb. Fransa Prezidenti Emmanuel Makron kafedralın bərpa olunacağına söz verib.