Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

Hadisədən Aslı və Muradla bağlı açıqlama

Hadisədən Aslı və Muradla bağlı açıqlama

Türkiyənin pop ulduzu Hadisə həmkarı Murad Bozla aktrisa Aslı Enverin ayrılığında rolu olması barədə yayılan məlumatlara münasibət bildirib.

 O, əvvəlcə KİV nümayəndələrinin mövzu barədə verdiyi suala əsəbiləşib, daha sonra Aslı və Murad mövzusunda çox danışmayacağını qeyd edib:

“Bu nə hörmətsizlikdir? Bizim dostluq münasibətimiz var. Amma siz belə suallar verirsiz. Biz illərdir bu mövzuda danışırıq ki, dostuq. Buna baxmayaraq, həmin məsələlər yenidən danışılır və bundan narahat oluruq. Aslı və Muradı çox sevirəm. Onların özəl həyatını kameralar qarşısında danışmaram”.