Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

“Bir-birimizi görməyəndə...” - Gönül Yazarın sevgilisi

“Bir-birimizi görməyəndə...” - Gönül Yazarın sevgilisi

“Yeşilçam”ın 83 yaşlı ulduzu Gönül Yazarın özündən 32 yaş kiçik sevgilisi Rüzgar Mağden “2.Sayfa” proqramında qonaq olub.

Aktrisa ilə yaşadığı eşqdən danışan Rüzgar ona hələ uşaqlıqdan aşiq olduğunu deyib:

“ “Tacsız kral” filmini izləyərkən rəhmətli anama “Mən Gönül Yazarla evlənəcəm” dedim. O vaxt hələ orta məktəb şagirdi idim. O, həmişə mənim ağlımda olub. Partilərin birində Gönül Yazarı görəndə gedib əlini sıxdım. Gönül həmin vaxt mənə diqqət göstərmədi”.

Rüzgar sevgilisi ilə bir-birlərini görməyəndə çox darıxdıqlarını bildirib:

“Bir-birimizdən ayrı qalanda qudururuq. Qısqancam. Gönülün səhifəsinə çox səviyyəsiz insanlar yazır. Onları əngəlləyirəm. İlk davamız da qısqanclıq üzündən olub. Başqalarının Gönülə baxmasından narahat oluram”.