Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

İspan mütəxəssislər tərkibində civənin miqdarı yüksək olan balıqların yeyilməsi üçün yaş senzini artırıb

İspan mütəxəssislər tərkibində civənin miqdarı yüksək olan balıqların yeyilməsi üçün yaş senzini artırıb

İspaniya Qida Məhsulları və Qida Təhlükəsizliyi Agentliyi (AESAN) tərkibində civənın miqdarı yüksək olan balıqların, o cümlədən qılınc balığın, köpək balığının, mavi ton balığının və durnabalığının istifadəsi üzrə tövsiyələrini sərtləşdirib və bu balıq növlərinin yeyilməsi üçün yaş senzini 3 yaşdan 10 yaşadək artırıb. AESAN mütəxəssisləri 10 yaşından 14 yaşınadək uşaqlara isə həmin balıqların istifadəsini ayda 120 qramadək məhdudlaşdırmağı tövsiyə edirlər.

 Yeni elmi məlumatlara əsaslanan AESAN mütəxəssislərinin fikrincə, tədqiqatların nəticələri digər Avropa ölkələri ilə müqayisədə İspaniya əhalisində civənin konsentrasiyasının yüksək olduğunu göstərib. Agentlik rasiona dəyişiklik etməyi, daha çox tərkibində civənin miqdarı az olan dəniz məhsullarını – mintay, ançous, kalmar, krevet, səkkizayaqlı ilbiz, qızılbalıq və alabalıq yeməyi məsləhət görürlər.