Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

"Ayrılığı gözləmədən sevin" - Nigar

"Ayrılığı gözləmədən sevin" - Nigar

"Universiteti bitirib, uşaq dünyaya gətirməyi gözləməyin. Gözləməyin - nə vaxt işə başlayacaq, pensiyaya çıxacaq, ərə gedəcək və ya boşanacaqsınız".

 Bu sözləri müğənni Nigar camal sosial şəbəkədə yazıb. Sənətçi izləyiciləri ilə məsləhətlərini bölüşüb:

"Cümə gecəsini, şənbə səhərini, yeni maşın, ev almağı gözləməyin. Yaz, yay, payız və qışı da gözləməyin. Dəqiqələr xoşbəxtlikdir - dəyərlidir. Bu, səyahətin son nöqtəsi yox, elə özüdür. Təkcə pula görə işləməyin... Ayrılığı gözləmədən sevin. Baxışlara önəm vermədən rəqs edin. Həyatda edə biləcəyiniz ən böyük yanlışlıq ömrüboyu məqsədlərin arxasınca qaçmaqdır. Bu zaman həyatın yanınızdan necə ötüb keçdiyinin fərqinə varmırsınız".