Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Türkiyə prezidenti: "UEFA ayrı-seçkilik edir"

Türkiyə prezidenti: "UEFA ayrı-seçkilik edir"

“UEFA-nın milli komandamıza və klublarımıza yönəlmiş haqsız və siyasi davranışı, ayrı-seçkiliyi rədd edirik”.

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən əvvəl məbuat üçün açıqlamasında deyib.

Türkiyə prezidenti Avropa futbol qurumunun Türkiyə yığmasına qarşı intizam işi açmasını qanunsuzluq adlandırıb: “Fransa idmançısı ölkəsinin prezidentinə əsgər salamı verəndə onu qınamadılar. Qol vurduqdan sonra hərbi salam verən idmançılarımız bağlı ağla, xəyala gəlməyəcək dərəcədə tənqid edilir, hətta onlara qarşı nizam-intizam araşdırması aparılır. Bu, açıq-aşkar qanunsuzluqdur”.

Qeyd edək ki, Ərdoğan Türkiyə - Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək.