Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Almaniyada mollalardan alman dilini yaxşı bilmək tələb olunacaq

Almaniyada mollalardan alman dilini yaxşı bilmək tələb olunacaq

Müsəlman imamların qarşısına dil şərti qoyulub

 Almaniyada işləmək işləmək niyyətində olan imamlardan mütləq şəkildə yaxşı alman dili bilikləri tələb olunacaq.

Alman hökuməti qərarını inteqrasiya siyasəti ilə əlaqələndirib. Qanun layihəsinin qüvvəyə minməsi üçün bundestaqın təsdiqi tələb olunur.

Dini simalar öz icmaları daxilində bir qayda olaraq əhəmiyyətli rol oynayırlar. Sənəddə deyilir ki, onlar nüfuzlarından istifadə edərək icmaları daxilində inteqrasiyanı təşfiq edə bilərlər.

Qərar hələlik müsəlman ruhani adamlar üçün keçərlidir, gələcəkdə qanun layihəsi digər dinlərdən olan din xadimləri üçün də keçərli ola bilər.