Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Almaniyada homoseksuallığın sağaldılması müalicəsi qadağan ediləcək

Almaniyada homoseksuallığın sağaldılması müalicəsi qadağan ediləcək

"Homoseksuallığı sağaltmaq müalicəsi"ni qadağan edən qanun layihəsi hazırlanıb

 Almaniyanın səhiyyə naziri Yens Spahn tərəfindən açıqlanan qanun layihəsi 18 yaşından aşağı şəxslər üçün bu "müalicə"nin qadağan edilməsini nəzərdə tutur.

"Müalicəyə" yetkin insanlarda isə müəyyən şərtlərlə icazə veriləcək.

"Müalicə" dini liderlər və psixoterapevtlər tərəfindən həyata keçirilir. Ölkədə hər il təxminən min nəfərin bu "terapiya" dan istifadə etdiyi deyilir.

Qanun layihəsində qadağanı pozan şəxslər üçün pul cəriməsi və bir ilə qədər həbs nəzərdə tutulub.

Özü də homoseksual olan səhiyyə naziri Spahn mətbuata verdiyi açıqlamada LGBT-nin xəstəlik olmadığını və bu səbəbdən müalicəyə də ehtiyacın olmadığını deyib.

"Homoseksuallığın sağaldılması müalicəsi" adətən uşaq və yeniyetmələrdə həyata keçirilir. Metodlara elektroşok da daxildir.

Mütəxəssislər artıq əvvəlki nüfuzu qalmayan "terapiyanın" depressiya, təşviş və yüksək intihar riskinə səbəb olduğunu bildirirlər.