Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Avstraliyada qadınlar kişilər qədər maaş alacaq

Avstraliyada qadınlar kişilər qədər maaş alacaq

Gender ayrı-seçkiliyini aradan qaldırmaqçün genişmiqyaslı saziş imzalanıb

 Avstraliyada top qadın futbolçular kişi həmkarları ilə eyni maaşı alacaqlar. Bu addım ölkənin futbol komandaları arasındakı gender boşluğunu doldurmaq üçün atılıb.

Qadınların "Westfield Matildas" və kişilərin "Caltex Socceroos" komandaları həmçinin kommersiya qazanclarını bərabər şəkildə bölüşdürəcəklər. Bundan əvvəl kişilərin komandası ilə qadınların komandası arasında qazancların bölüşdürülməsində çox böyük fərq var idi.

"Matildas"a həmçinin beynəlxalq səyahətlərdə kişilər kimi biznes klasda uçuş icazəsi verilib, həmçinin qadınların məşqçi, operativ dəstək heyəti kişilərinki ilə eyni standartlarda olacaq.

Qeyd edək ki, Kollektiv Sövdələşmə Sazişi adlandırılan genişmiqyaslı saziş 4 ili əhatə edəcək. Saziş Avstraliya Futbol Federasiyası ilə oyunçuların ittifaqı olan Avtraliya Peşəkar Futbolçuları arasında imzalanıb.