Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Böyük Britaniyada seçki kampaniyası başlayıb

Böyük Britaniyada seçki kampaniyası başlayıb

Böyük Britaniyada dekabrın 12-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası rəsmən başlayıb.

Baş nazir Boris Conson “Brexit”lə bağlı düşdüyü çıxılmaz vəziyyətdən qarşıdakı seçkilər vasitəsilə qurtulmaq ümidində olsa da, müşahidəçilər bunun baş tutacağına əmin deyillər. Keçirilən rəy sorğuları mühafizəkarlar üçün müsbət nəticələr versə belə, seçkilərdə başlıca partiyaların mütləq çoxluğa nail olmayacaqları bildirilir.

Ötən gün B.Conson ABŞ prezidenti Donald Trampla telefon söhbəti zamanı “Brexit” sonrası ikitərəfli ticarət əlaqələrinə dair müzakirələr aparıb. Ağ Evdən verilən açıqlamaya görə, tərəflər “etibarlı” ticarət sazişi imzalamaq əzmində olduqlarını bildiriblər. Belə ki, Avropa İttifaqı üzvlüyü davam etdikcə Böyük Britaniyanın belə saziş imzalaması mümkün deyil.

Xatırladaq ki, Avropa İttifaqı “Brexit”i gələn ilin 31 yanvar tarixinədək təxirə salmağa razılıq vermişdi.