Bakı
21° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.858 AZN

Adını səhv tələffüz etdiyimiz 14 məşhur brend

Adını səhv tələffüz etdiyimiz 14 məşhur brend

Xarici brendlər həyatımızın ayrılmaz hissəsidir və onların bir çoxunun adı qulağımız üçün adiləşib. Şirkətin əsası qoyulduğu ölkənin dilinin özəlliklərini bilmədikdə isə onun adını tələffüz edərkən böyük səhvə yol verə bilərik...

Dünyaca məşhur brendlərin adlarının düzgün deyiliş qaydalarını təqdim edirik:

“Pierre Cardin”

Dəb brendinə öz adını verən məşhur dizaynerin adını fransız dilinin qaydalarına uyğun tələffüz etmək lazımdır: bu halda “i” hərfi “a” kimi oxunur - “P`yer Kardan”.

“Huawei”

Məşhur Çin şirkətinin adının tələffüzü zamanı ilk hərf oxunmur – “Vavey”.

“Xiaomi”

Smartfon istehsalçısı olan şirkətin adındakı “x” hərfi “ş” kimi tələffüz edilməlidir - “Şaomi”. Bunu şirkətin vitse-prezidenti Hyüqo Barra da təsdiqləyib.

“Balmain”

Modelyer Pyer Balman tərəfindən əsası qoyulan dəb evinin adının tələffüzü zamanı “I” incəlir, “e” ilə “n” isə fransız dilində “an” kimi səslənir. Sonda olan “n” hərfi isə, demək olar, tələffüz edilmir - “Bal`man”.

“Chopard”

Saat və zinyət əşyalarının məşhur istehsalçısının adı fransız dilinin qaydalarına əsasən “Şopard” kimi tələffüz edilir. Burada “ch” “ş”-ya keçir, sonda olan “d” hərfi isə oxunulmur.

“Evian”

Bu su brendinin adını da tələffüz etmək üçün fransız dilini bilmək lazımdır. Burada “v” hərfi incəlir, “ia” birləşməsi isə “e” kimi tələffüz edilir – “Ev`yen”.

“Adobe”

Məşhur qrafik redaktor proqramının adı kütləvi şəkildə səhv tələffüz olunur. Məsələ bundadır ki, “adobe” – ispan sözüdür. Onun ümumqəbulolunmuş tələffüzü isə “Edoubi” kimi səslənir.  

“Hennessy”

Konyak evinin əsası irlandiyalı Riçard Hennensi tərəfindən qoyulsa da, onun adını fransız dilinə uyğun “Ensi” kimi tələffüz etmək lazımdır.

“Burberry”

Bu brendin də adı səhv tələffüz olunur. Düzgün variant – “Börberri”dir – şirkətin yaradıcısının soyadı ilə eyni.

“Clarins”

Bu kosmetik markanın adını yazılışına uyğun olaraq səhvən “Klarins” kimi tələffüz edirlər. Amma brendin düzgün adı “Klerans”dır. Belə ki, burada “a” hərfi “e” kimi, “i” hərfi isə “a” kimi səslənir.

"Diesel"

Bu italyan brendi dəbli saat və geyimləri ilə məşhurdur. Onun da adını tez-tez səhv tələffüz edirlər. Əslində isə burada “e” hərfi “a” kimi səslənir, sonda olan “l” hərfi isə incəlmir – “Dizal”.  

“UGG”

Ayaqqabı brendinin adı kütləvi şəkildə düzgün tələffüz edilmir. Qış çəkmələrinin düzgün tələffüzü - “Aqqi”dir.

"Hublot"

Saat istehsalı ilə məşğul olan şirkətin əsası İsveçrədə qoyulmasına baxmayaraq, onun adını fransızsayağı tələffüz etmək lazımdır. Bu halda birinci və sonuncu hərflər tələffüz olunmur, “u” isə incəlir – “Yu`blo”.

"Miu Miu"

İtaliyanın geyim, aksessuar və parfümeriya brendi “My Myu” kimi səslənir, baxmayaraq ki, onu “Miu Miu” olaraq oxumaq istəyirik. Yeri gəlmişlən, onun adı şirkətin yaradıcısı Miuççi Pradanın adı ilə bağlıdır.

Ən son xəbərlər

Restoran, kafe, çay evi və bütün ictimai iaşə məkanları müştərilərə saat 08:00-dan 22:00-dək xidmət göstərəcək

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan olunub

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

Bu dərman vasitələri yerli mal hesab ediləcək

Baş Prokurorluq Bakıda gözəllik salonunda törədilən qətllə bağlı məlumat yayıb

Bakıda 300-dən artıq əsas küçə, prospekt və yol dezinfeksiya olunacaq

İyunun 1-dən müəllimlərin yerdəyişməsi üzrə elektron sənəd qəbulu başlayır

Muradla Handenin iyulda toyudur

Bred Pittin baxımsız halı bəyənilmədi

BMT-nin yüzə yaxın sülhməramlısı koronavirusa yoluxub

Tramp "Twitter"in bağlanacağını güman edir

XVIII əsrə aid konyak 146 min ABŞ dollarına satıldı - FOTO

Azərbaycanın Britaniyadakı səfiri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı məqaləyə cavab verib

"Klon"un qəhrəmanları 20 il sonra -

Bakı əhalisinin sayı açıqlanıb

Azərbaycan dövlət himni Ukrayna dilində ifa edildi - Video

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mayk Pompeo: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadiqdir"

Polad Bülbüloğlu: “Sülh danışıqları sonsuzadək davam edə bilməz”

Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi

Əkrəm İmamoğlundan Azərbaycan xalqına - Təbrik