Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Azərbaycanda üç institut birinə birləşdirilir – Baş nazirdən qərar

Azərbaycanda üç institut birinə birləşdirilir – Baş nazirdən qərar

Nazirlər Kabinetinin qərarına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Azərbaycan Respublikasının Təhsil İnstitutuna birləşdirilir.

 Bu barədə Baş nazir Əli Əsədov, bu həftənin bazar ertəsi qərarı imzalayıb.

Bunsan əlavə Respublika Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilir.

Qərarda qeyd edilir ki, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sıyahısından “Məktəbdənkənar təhsil müəssisələri”, “Əlavə təhsil müəssisələri” və “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” hissələri çıxardılsın.