Bakı
25° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Cavidin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9142 AZN

İtalyan ulduz “Jara”da

İtalyan ulduz “Jara”da

Dünyaca məşhur müğənni Allesandro Safina yenidən Azərbaycana gələcək.

Antenn.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov məlumat yayıb.

Ağalarov bildirib ki, Safina “Jara” beynəlxalq musiqi festivalında yer alacaq.

Qeyd edək ki, festival iyulun 25-dən 28-nə kimi Eminin sahib olduğu “Sea Breeze”də keçiriləcək. 

Festival çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış ulduzları eyni səhnəni bölüşəcəklər. Azərbaycandan isə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, müğənnilər Çingiz Mustafayev, Nigar Camal, Səmra Rəhimli və başqaları festivalda yer alacaqlar. 

Məlumat üçün bildirək ki, italyan ulduz bundan əvvəl də bir neçə dəfə Bakının qonağı olub.