Bakı
25° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Cavidin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.9069 AZN

“Neftçi” xal hesabımızı artırdı

“Neftçi” xal hesabımızı artırdı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli məlum olub.

“Antenn.az” xəbər verir ki, "Neftçi" futbol komandamız Moldovada “Sperantsa” klubuna 3:0 hesabı ilə qalib gələrək, Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.  
 
Evdə Rumıniya təmsilçisi "Universitatya Krayova"ya uduzan (2:3) “Səbail” reytinq xalı qazandırmayıb.
 
Bu mövsüm Azərbaycan 0,375 reytinq xalı qazanıb. Bunun 0,250-ni “Neftçi”, 0,125 xalı isə aktivinə “Qarabağ” yazdırıb. 
 
“Neftçi”nin qalibiyyətindən sonra son 5 mövsüm üçün ümumi xal 15,750-yə qədər çatıb. Bu nəticə ilə Azərbaycan Avropada 26-cı sıradadır.