Bakı
12° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8701 AZN

ABŞ Paris İqlim Sazişini tərk edir

ABŞ Paris İqlim Sazişini tərk edir

ABŞ Paris İqlim Sazişini tərk etmək qərarına gəlib. 

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo məlumat verib. 

Onun sözlərinə görə, ölkəsi sazişdən çıxmaq üçün rəsmi şəkildə digər iştirakçı ölkələrə müraciət edib. 

"Prezident Donald Tramp sazişi Amerika xalqına, vergi ödəyicilərinə və iş adamlarına yük hesab edir", - deyə ABŞ rəsmisi qeyd edib. 

Mütəxəssislər ABŞ-ın sazişi tərk etməsi ilə bağlı rəsmi proseduraların 1 il vaxt aparacağını deyb. 

Xatırladaq ki, Paris İqlim Sazişini 2016-cı ilin aprel ayında 190-dan çox ölkə imzalayıb. D.Trampın iddiasına görə, sənəd ABŞ iqtisadiyyatına 3 trilyon dollar ziyna vura, 6,5 milyon iş yerinin bağlanmasına səbəb ola bilər.