Bakı
23° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8856 AZN

Amerikada "pul yağışı" VİDEO

Amerikada "pul yağışı"  VİDEO

Corciyada (ABŞ) avtomagistralda hərəkət edən zirehli avtomobildən yola qeyri-müəyyən miqdarda pul ətrafa səpələnib. Nəticədə çoxsaylı sürücülər “pul yağışı”nın şahidi olublar.

"Antenn.az" WSB Radio radiostansiyasına istinadla xəbər verir ki, hadisə Atlanta şəhəri yaxınlığındakı 285 avtomagistralda baş verib. Şahidlərin sözlərinə görə, bir çox sürücü yolda dayanaraq yerə tökülmüş pulları toplamağa başlayıb.

 

Zirehli avtomobil 285 trasından qərb istiqamətində gedərkən yan qapı açılıb və qeyri-müəyyən miqdarda pul yolboyu səpələnib”, - deyə yerli polisin nümayəndəsi Robert Parsons bildirib. O, bildirib  ki, sürücülər götürdükləri pulları geri qaytarmalıdır.