Bakı
8.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9208 AZN

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) xarici sularda fəaliyyətinin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılmasına yönəlik davamlı tədbirlər həyata keçirir. Bu istiqamətdə işlərin Prezident İlham Əliyevin tapşırığı ilə Gəmiçiliyin Strateji inkişaf planına əsasən gerçəkləşdirilməsi nəzərdə tutulur.

Bu barədə ASCO-dan bildirilib.

Məlumata deyilir ki, ASCO artıq 7 ildir, fasiləsiz olaraq Xəzərdən kənar beynəlxalq sularda da gəmilərin istismarı ilə məşğuldur. Məhz, 2014-cü ildə ilk dəfə “Natəvan” və “Üzeyir Hacıbəyli” quru yük gəmilərinin istifadəyə verilməsi ilə xarici sularda fəaliyyət bərpa olunub, sonrakı illərdə bu gəmilərin sıraları genişləndirilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirirlər.

ASCO-nun Xəzərdən kənarda fəaliyyətinin genişləndirilməsi məqsədilə beynəlxalq bazarlar mütəmadi öyrənilir və potensial fəaliyyət istiqamətləri qiymətləndirilir. Bu çərçivədə 2020-ci ildə beynəlxalq aparıcı məsləhətçi şirkət “McKinsey” ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb.

Strategiyaya əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərməyə hazırlaşır. Bu məqsədlə həmin bazarlar, orada yükdaşımalara cəlb edilməsi mümkün olan gəmi tipləri, sözügedən hövzələrdə fəaliyyət göstərmək üçün gəmilərə qoyulan tələblər və digər mühüm aspektlər ətraflı təhlil olunub.

Bu bazarlara daxil olmaq üçün həmin hövzələrdə təsnifat cəmiyyətləri, gəmilərin daxil olacağı limanlar və digər aidiyyatı tənzimləyici qurumların sərt tələbləri, o cümlədən bayraq tələbləri mövcuddur. Hazırda ASCO tərəfindən bu istiqamətdə işlər davam etdirilir və bir bazardan asılılığın azaldılması siyasətinə uyğun bir neçə gəminin həmin hövzələrə çıxarılması planlaşdırılır. Həmin bazarlarda ASCO-nun rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat xərclərinin optimallaşdırılması, yarana biləcək hər hansı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tələblərə, o cümlədən bayraq tələblərinə uyğun hazırlıq işləri aparılır. Gəmilərin istismarı zamanı üstünlük şərtlərindən asılı olaraq, bu gəmilər Avropa (Portuqaliya, Malta və s.) və ya beynəlxalq gəmiçilik təcrübəsinə əsasən gəmi qeydiyyatı üçün cəlbedici şərait yaradılan digər zonalarda istismara veriləcək.

Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir.

Ən son xəbərlər

Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub

Aİ nümayəndəsi: "Azərbaycan və Ermənistanla müzakirələri davam etdiririk"

DSX rəhbərliyi helikopter qəzasında həlak olmuş zabitin məzarını ziyarət edib - FOTO

Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib

ABŞ yüzlərlə YPG/PKK terrorçusuna təlim keçir

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

"Boeing 737 MAX" təyyarələri bu il Çində uçuşları bərpa edə bilər

Azərbaycanın gələn ilin dövlət büdcəsinə edilən dəyişikliklər açıqlanıb - SİYAHI

Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi veriləcək

Şənbə gününün hava proqnozu açıqlanıb

Azərbaycan Prezidenti hökumətə ordu quruculuğunun gücləndirilməsini tapşırıb

Baş nazir: “Sosial inkişaf layihəsi Prezident İlham Əliyevə təqdim edilib”

Türkiyə DİN Ermənistanla sərhəddə antiterror əməliyyat keçirir

Şəhid ailələrinə verilən maddi yardımın 20 min manatadək hissəsi vergidən azad edilir

Vətən müharibəsi iştirakçılarına güzəştlərin edilməsi barədə layihə təsdiqlənib

Ehtiyac meyarının həddi 200 manat müəyyən olunub

Yaşayış minimumunun həddi 210 manata qaldırılıb

DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib