Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Patriarx Kirill: “Azərbaycan və Ermənistan liderlərinin bugünkü dialoqu hamı üçün nümunəvi olacaq”

Patriarx Kirill: “Azərbaycan və Ermənistan liderlərinin bugünkü dialoqu hamı üçün nümunəvi olacaq”

“İnanıram ki, Azərbaycan və Ermənistan dini liderlərinin nüfuzu insanların təfəkkürünə müsbət təsir göstərəcək və təkcə bugünkü görüş və dialoq faktı hamı üçün nümunəvi olacaq”.

Bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünü açarkən bildirib.

Görüş zamanı Patriarx Kirill Azərbaycan və Ermənistan dini liderlərinin Rusiya paytaxtına səfər etməsini yüksək qiymətləndirib.

O, bu görüşün regiondakı çoxsaylı məsələlərin həllinə böyük töhfə verəcəyini qeyd edib.

“Bu gün biz Azərbaycan və Ermənistan xalqlarının cəlb olunduğu çoxillik Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının aradan qaldırılması problemini müzakirə etmək üçün bir araya gəlmişik. Təxminən, 30 ildir biz - dini liderlər bu faciəvi qarşıdurmanı yumşaltmaq üçün çalışırıq. Moskvaya səfər etməyə və danışıqlar masası arxasında oturmağa hazır olduqlarına görə minnətdarlığımı bildirirəm”, - patriarx bidlirib. 

Kirill bu görüş zamanı qədim Qafqaz torpağında dayanıqlı və uzunömürlü sülhün əldə olunmasına kömək edəcək anlaşmanın əldə edilməsinə ümidvar olduğunu bildirib. 

Xatırladaq ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Dünən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb