Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Tünd şokolad insan sağlamlığı üçün daha faydalıdır

Tünd şokolad insan sağlamlığı üçün daha faydalıdır

Həkimlər hər gün sağlamlığa zərər vermədən nə qədər şokolad yeməyin mümkün olduğunu müəyyənləşdiriblər.

"Antenn.az" RİA "Novosti"yə istinadən xəbər verir ki, ekspertlər hər gün tünd şokolad plitəsinin yarısını rahatlıqla yeyə biləcəyimizi düşünürlər.

Həmçinin, qeyd olunur ki, şokoladı günün birinci yarısında yemək daha yaxşıdır və onun tərkibində kakao miqdarı azı 50% olmalıdır. Kalori miqdarı baxımından südlü və tünd şokoladların, təxminən, bərabər olduğu bildirilir. Ekspertlər tərkibində faydalı ünsürlər çox olduğuna görə tünd şokoladın insan sağlamlığı üçün daha faydalı olması fikrini irəli sürürlər.

Həkimlərin zənnincə, mədəaltı vəzisində problemli olan şəxslər şokolad yeməməlidirlər.