Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

Azərbaycanın İrandakı səfiri, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə qurumun Baş katibi Xusrav Noziri ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, diplomat Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiq etdiyini bildirib.

İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və digər bu kimi layihələrin regional əməkdaşlığa öz töhfəsini verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bötüvlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edən və bu dəstəyi yüksək qiymətləndirən səfir 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib. Diplomat təşkilata üzv olan ölkələrin şirkətlərinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi xidməti müddətində təşkilat çərşivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da artırılmasına və müştərək layihələrin həyata keçirilməsinə öz tövhəsini verməyə çalışacağını bildirib.

X.Noziri Ə.Əlizadəni Azərbaycanın İran İslam Respublikasına səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib. Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində gərgin işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib və səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb