Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

 Prezident İlham Əliyevin fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilib.
Məlumat üçün bildirək ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2009-cu ildən bu vəzifəni icra edir.  Onun İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işləyib-işləməyəyi bəlli deyil.
Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.