Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Bu gün iki komandamız UEFA Avropa Liqasında mübarizəyə başlayacaq

Bu gün iki komandamız UEFA Avropa Liqasında mübarizəyə başlayacaq

Bu gün  “Neftçi” və “Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

"Antenn.az" xəbər verir ki, birinci təsnifat mərhələsinin ilk görüşündə “Neftçi” səfərdə Moldovanın “Sperantsa” klubu ilə qarşılaşacaq, “Səbail” isə “Bayıl Arena”da Rumıniya təmsilçisi “Universitatya”nı qəbul edəcək.

“Neftçi” Kişinyovdakı “Zimbru” stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Belə ki, yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə səbəbindən oynamayacaq. Neftçi bu mərhələdə qalib ayrılacağı təqdirdə, avrokubokların daha bir debütantına - Rusiyanın “Arsenal” (Tula) komandasına rəqib olacaq.

Görüşü  Şimali İrlandiyalı hakimlər briqadası idarə edəcək. 

“Səbail” isə Rumıniya təmsilçisi ilə dueldə qələbə qazansa, “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra keçiriləcək.

“Səbail” - “Universitatya” oyunu maltalı hakimlər briqadasına həvalə olunub.

Xatırladaq  ki, “Səbail” - “Universitatya” oyunu saat 20:00-da, “Sperantsa”-“Neftçi” görüşü isə saat 21:00-da başlayacaq.