Bakı
26° Aydın hava
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.923 AZN

Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib

Türkiyə Suriyada hərbi əməliyyatın dayandırıldığını elan edib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan “Sülh çeşməsi” əməliyyatının dayandırıldığını bildirib.

 Bununla yanaşı, Çavuşoğlu əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib.

“Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb – onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”, - deyə xarici işlər naziri agentliyə müsahibəsində bildirib.

Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi şəhərində altı saatlıq danışıqların yekununda Suriya Ərəb Respublikasının vahidliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin tərəfdarı olduqlarını təsdiqləyib, həmçinin Ədən sazişini dəstəklədiklərini bildiriblər.

Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı əməliyyat rayonunda 32 kilometr dərinlikdə status-kvo vəziyyəti saxlanılır. Oktyabrın 23-ü günortadan başlayaraq Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonaya Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi daxil olur. Onlar 150 saat ərzində Suriyadakı kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə dəstək verir. Bundan sonra Qamışlı şəhəri istisna olmaqla sərhəddən on kilometr dərinlikdə “Sülh çeşməsi” əməliyyatı rayonunun qərbində və şərqində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayır.

Eyni zamanda, kürd silahlıları Mənbic və Tell-Rifat şəhərlərindən çıxarılır.

Həmçinin memorandumun şərtlərinə əsasən, Ankara və Moskva terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək və qaçqınların könüllü olaraq geri qaytarılmasını təşkil edəcək. Bundan başqa, Türkiyə və Rusiya Suriya üzrə memorandumun icrasını müşahidə edəcək birgə mexanizmin qurulması barədə də razılığa gəlib.

Ən son xəbərlər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 33 həkim koronavirusa yoluxub

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”

İspaniyada çimərliklər yenidən bağlanır

Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

DTX Xarici İşlər Nazirliyində həbs etdiyi şəxslərin adlarını AÇIQLADI - VİDEO

Koronavirus əlamətləri olan şəxslər faktiki yaşadıqları ərazilərdəki poliklinikalara müraciət etməlidirlər - RƏSMİ

Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub

Prezident İlham Əliyev və Mehriban Əliyeva modul tipli hospitalın açılışında iştirak ediblər

Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb

Patriarx Kirill Aya Sofyanın statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib

Mirşahin Ağayev koronavirusa yoluxub

Xaçmazda toy edən bəy və qonaqları saxlanılıb - FOTO

Bu şəxslərə icazə verilməyəcək - RƏSMİ AÇIQLAMA

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda imtahanlar keçiriləcək

Nazirdən 190 manatla bağlı AÇIQLAMA

Karantin rejimində Şamaxıya gələn sürücü və sərnişinlər polisdən yayına bilmədi - VİDEO