Ulduz şəkilində inşa edilmiş dünyanın ən böyük hava limanı sentyabrda istifadəyə veriləcək

Çinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istifadəyə veriləcək.
Bu barədə "Antenn.az" xarici mətbuata istinadən xəbər verir.
Yeni hava limanı ulduz şəklində inşa edilib. Bildirilir ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə şərait yaradacaq. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də başqa hava limanlarına nisbətən daha sürətli olacaq.
Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.
Hava limanının dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı güman edilir. Aeroportun inşa xərcləri 80 milyardyuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.
Ən son xəbərlər

Alimlər Antarktikada Yerlə bağlı təsəvvürləri dəyişdirəcək fenomen aşkarlayıb

Boris Conson “Brexit”in gələn ilin yanvarın 31-dək baş tutacağına söz verib

Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

BBC Beren Saatı məsləhət görür

ABŞ Prezidenti Qreta Tunberqin ilin adamı seçilməsini tənqid edib

Türkiyə Prezident Administrasiyası: ABŞ Senatından keçən qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır

Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan edib

Sabah çiskinli yağış yağacaq
