Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9961 AZN

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qruplarının Füzuliyə səfəri başa çatıb və Şuşa səfəri başlayıb.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin ilkin ərazi planlaşdırması barədə məlumat verib.

O qeyd edib ki, Şuşa şəhəri Qoruq elan olunub və bununla bağlı Baş planda xüsusi planlaşdırma təklifləri verilib: "Şuşanın ümumi ərazisini əhatə edən təbii sərhəd zonası var. Baş planın işlənməsi zamanı ilk olaraq şəhərdəki küçə-yol infrastrukturunun yaradılması yer tutmalıdır. Şəhərin tarixi abidiləri zəngindir, 200-ə qədər tarixi abidə var, onların əksəriyyəti bərpa prosesinə cəlb olunacaq. Şəhərin mərkəzi üçün daha sıx, daha aktiv həyat funksional həll verilib, burada 4-5 mərtəbəli yaşayış və ictimai işgüzar binalar olacaq. Yeni məscid kompleksi tikiləcək, artıq Prezident tərəfindən təməli qoyulub. Şəhərin giriş-çıxışı da xüsusi işlənəcək. Əsas məqsəd məskunlaşmağa hazır olan kimi və insanlar qayıdanda şəhəri dayanıqlı və komfortlu şəkildə təşkil etməkdir. Bunlar ilkin həllərdir, müzakirələr davam edir. Paralel bəzi kommunikasiya prosesləri aparılır".

Daha sonra işçi qrupların nümayəndələri ilə Baş planla bağlı müzakirələr aparılıb.

Ən son xəbərlər

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib

Ərdoğan Soçidə Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edir

Azərbaycan Ermənistana qarşı digər beynəlxalq məhkəmələrdə də vəsatət qaldıracaq

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

Nobel mükafatları bu il laureatların yaşadığı ölkələrdə təqdim olunacaq

İran xarici işlər nazirinin müavini Ağdama səfər edib, Natəvanın ermənilər tərəfindən dağıdılmış məzarına baxıb

Balakən və Zaqatalada yağıntıların törətdiyi fəsadları aradan qaldırmaq üçün FHN qüvvələri və helikopter cəlb olunub

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırılıb

Qırğızıstan da tədricən rus dilindən imtina edir

“YAŞAT” 9045 nəfəri öhdəliyə götürüb

Həmsədrlər Ceyhun Bayramov və Mirzoyanla görüşəcək

Ceyhun Bayramov: "Ermənistanın əsassız iddiaları bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir"

Ermənistanda pasport qıtlığı yaranıb

İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclası keçiriləcək

Bakıda yarımstansiyada yanğın olub

Bakıda kəsilən ağacların yerinə yeniləri əkilib

Ukraynanın Ujqorod şəhəri Azərbaycan şəhəri ilə qardaşlaşmaq istəyir

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

MTN generalı və digərlərinə 835 min manatlıq iddia qaldırılıb