Bakı
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8926 AZN

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Ağdamın “Qarabağ” futbol klubu iyulun 10-da UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

"Antenn.az" "AZƏRTAC"-a istinadla xəbər verir ki, “Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilı canlı yayımlanacaq.