Bakı
26° Aydın hava
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - 1.7 AZN
EUR - 1.923 AZN

Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib

Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".

 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News”ün müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. 

Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfəri ilə bağlı bunları bildirib: “ABŞ-a ziyarətim buraya (Türkiyəyə - red.) gələcək olan nümayəndə heyət ilə aparılan müzakirələrdən sonra dəyərləndiriləcək bir haldır. ABŞ Konqresində aparılan müzakirələr, danışıqlar, şəxsim, ailəm və nazirlərimizlə bağlı bütün dəyərləndirmələr Türkiyə Cümhuriyyətinə qarşı çox böyük hörmətsizlik, həddini aşmaqdır. Təbii ki, belə bir vəziyyətdə bunun dəyərləndirilməsindən daha doğru bir şey ola bilməz. Dəyərləndirib daha sonra qərarımızı verəcəyik”. 

Xatırladaq ki, cari il noyabrın 14-də Türkiyə prezdentinin ABŞ-a səfəri nəzərdə tutulub.

Ən son xəbərlər

“Karantin rejimi nə qədər davam edəcək?”- Prezidentdən cavab

Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox bu ölkələrdə təhsil almağa üstünlük verirlər

Ağdərənin işğalından 27 il ötür

Britaniya 25 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq edib

“Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”

İspaniyada çimərliklər yenidən bağlanır

Azərbaycanda bir gündə 513 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi

DTX Xarici İşlər Nazirliyində həbs etdiyi şəxslərin adlarını AÇIQLADI - VİDEO

Koronavirus əlamətləri olan şəxslər faktiki yaşadıqları ərazilərdəki poliklinikalara müraciət etməlidirlər - RƏSMİ

Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub

Prezident İlham Əliyev və Mehriban Əliyeva modul tipli hospitalın açılışında iştirak ediblər

Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb

Patriarx Kirill Aya Sofyanın statusu ilə bağlı xüsusi bəyanatla çıxış edib

Mirşahin Ağayev koronavirusa yoluxub

Xaçmazda toy edən bəy və qonaqları saxlanılıb - FOTO

Bu şəxslərə icazə verilməyəcək - RƏSMİ AÇIQLAMA

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda imtahanlar keçiriləcək

Nazirdən 190 manatla bağlı AÇIQLAMA

Karantin rejimində Şamaxıya gələn sürücü və sərnişinlər polisdən yayına bilmədi - VİDEO

Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı