Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Uil Smitin oğlu ad günündə yardıma ehtiyacı olan insanlara sürpriz edib

Uil Smitin  oğlu  ad günündə yardıma ehtiyacı olan insanlara sürpriz edib

Hollivudun məşhur aktyoru Uil Smitin populyarlıqda özündən geri qalmayan oğlu Ceyden Smit ad günündə etdiyi xeyirxah addımı ilə medianın gündəminə düşüb.

21 yaşını qeyd edən kiçik Smit yardıma ehtiyacı olan insanlara sürpriz edib.

"Antenn.az" "Oxu az"-a istinadla xəbər verir ki, Ceyden Smit Los-Ancelesdə evsiz, küçədə yaşayan insanlar üçün furqon-kafe açaraq, onların qarınlarını doydurub. Bu kafenin digərlərindən fərqi verilən yeməklərin veqan mətbəxinə aid olmasıdır.

Ceyden 12,5 milyonluq şəxsi “İnstagram” hesabında açdığı furqon-kafenin fonunda foto və video çəkdirərək, izləyiciləri ilə bölüşüb.

Kiçik Smitin paylaşımında səfil həyat tərzi sürən bir sıra insanların kafeyə yaxınlaşaraq yemək götürməkləri əks olunub. Ceyden təkərli restoranını “Mən Səni Sevirəm” adlandırıb.

O, öz ideyasını bu cür şərh edib : “İnsanlara yalnız onların layiq olduqları şeyləri vermək istərdim – sağlam, veqan yeməklər". Ceydenin sözlərinə görə, o, evsizlərin mənşəyi məlum olmayan yeməklərlə qidalandığını görərək buna baxa bilmədiyi üçün bu xeyriyyə kafesini yaratmaq qərarına gəlib.

Qeyd edək ki, dünya şöhrətli aktyorun oğlu artıq uzun zamandır ki, ət və ət yeməklərindən imtina edərək yalnız veqan qidaları qəbul edir.