Bakı
12° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:00 - 12:00 Canlı Kitab
USD - 1.7 AZN
EUR - 1.8823 AZN

UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər

UEFA Çempionlar Liqasının finalını İstanbuldan ala bilər

Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər.

UEFA qarşılaşmanın başqa şəhərə keçirilməsi məsələsinə baxacaq.

Bunu qurumun vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq.

Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda keçirilməsinə qarşı çıxıblar. Türkiyə yığmasının futbolçularının seçmə mərhələnin son oyunları zamanı qol sevincini əsgər salamı ilə qeyd etməsi də narazıların sayını artırıb: “Biz məsələyə idmanın müstəqilliyi baxımından yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. Əlbəttə, biz BMT, Avropa Şurası və ya ABŞ, diplomat və siyasətçiləri əvəz edə bilmərik. UEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.