Bakı
9° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8828 AZN

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Türk Silahlı Qüvvələrinin hava hərəkatının qarşısını almaq məqsədilə terrorçular tərəfindən bölgədə rezin təkərlər və mazut yandırılır.

Xatırladaq ki, əməliyyat zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərdən ikisi bütün müdaxilələrə baxmayaraq şəhid olub. Üç əsgərin müalicəsi davam edir.

Hərəkat davam etdirilir.