Bakı
22.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

İdarədən erilən məlumatda deyilir: "Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.

Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik".

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib