Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

AVRO-2020 Türkiyə - İtaliya oyunu ilə start götürür

AVRO-2020 Türkiyə - İtaliya oyunu ilə start götürür

Bu gün AVRO-2020-yə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda qitənin 24 ən güclü komandası mübarizə aparacaq.

Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək turnir 31 gün davam edəcək. Sayca 16-cı olan qitə çempionatının iştirakçıları hərəsində 4 komanda olmaqla 6 qrupda qüvvəsini sınayacaq.

A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (meydan sahibi), Uels, İsveçrə
B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (meydan sahibi), Finlandiya, Belçika, Rusiya (meydan sahibi)
C qrupu (Amsterdam/Buxarest): Niderland (meydan sahibi), Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu (London/Qlazqo): İngiltərə (meydan sahibi), Xorvatiya, Şotlandiya (meydan sahibi), Çexiya
E qrupu (Sevilya/Sankt Peterburq): İspaniya (meydan sahibi), İsveç, Polşa, Slovakiya
F qrupu (Münhen/Budapeşt): Macarıstan (meydan sahibi), Portuqaliya (son qalib), Fransa, Almaniya (meydan sahibi)

Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı göstəriciyə malik 4 komanda 1/8 finala yüksələcək. 51 matçın keçiriləcəyi çempionatın final matçı iyulun 11-də baş tutacaq.

2020-ci ildə keçirilməli olan, amma koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020-nin açılış matçı İtaliyanın paytaxtı Romada təşkil olunacaq. Qardaş Türkiyə millisi A qrupunda İtaliya ilə üz-üzə gələcək.

AVRO-2020-nin final mərhələsi
I tur, A qrupu
11 iyun
23:00. Türkiyə - İtaliya
Baş hakim: 
Danni Makkeli (Niderland)
Roma. Olimpiya stadionu

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib