Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0122 AZN

PA rəhbəri şəhid ailə üzvləri, müharibə əlilləri, veteranları və iştirakçıları ilə bağlı tapşırıqlar verib

PA rəhbəri şəhid ailə üzvləri, müharibə əlilləri, veteranları və iştirakçıları ilə bağlı tapşırıqlar verib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

İclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin ötən ay ərzində Şuşa və Ağdama səfərlərini qeyd edib, bu səfərlər zamanı dövlət başçısının aparılan bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyi və zəruri tapşırıqlar verdiyi vurğulanıb. S.Nuriyev dövlət başçısının verdiyi konkret göstərişlər və qoyduğu vəzifələrin Qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətinə çatdırıb.

Samir Nuriyev
Samir Nuriyev

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inventarlaşdırılması və bu abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər, şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, yaralıların, müharibə veteranları və iştirakçılarının sosial təminatı məsələlərinə dair məruzələr dinlənilib və zəruri tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidentinin azad edilmiş torpaqların bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi tapşırığının icrası üçün bütün resursların səfərbər edilərək səmərəli istifadəsinin Qərargahın əsas hədəfi olduğu qeyd edilib.

Ən son xəbərlər

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər

Bahar Muradova Türkiyə səfiri ilə görüşüb

Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

Tokio-2020: 22 idmançı mübarizəni dayandırıb, 2-si medal qazanıb - SİYAHI

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Prezident İsmayıllıda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Kəmaləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb

AAYDA: “Zəfər Yolu”nun 60-70%-i hazırdır”

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

Mövlud Çavuşoğlu: "Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb"

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək