Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0122 AZN

Azərbaycanlılar Yaponiyanı Ermənistanın antihumanist əməllərinə etiraz etməyə çağırıb

Azərbaycanlılar Yaponiyanı Ermənistanın antihumanist əməllərinə etiraz etməyə çağırıb

Tokioda fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin və yerli icra hakimiyyəti nümayəndəsinin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar Yaponiya ictimaiyyətinə və dövlət qurumlarına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərkəzin rəhbəri Xəlil Kələntərin imzaladığı müraciətdə bildirilib ki, Qarabağda müharibənin başa çatmasına baxmayaraq, Ermənistan hakimiyyəti indiyədək antihumanist siyasətini və təxribatçı hərəkətlərini davam etdirir. Buna daha bir sübut kimi 2021-ci il 4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlərin və onları müşayiət edən yerli icra hakimiyyəti nümayəndəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışında həlak olması, Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin və yolların yenidən minalanması üçün Ermənistanın hərbi-siyasi rəhbərliyinin diversiya qruplarını Azərbaycan sərhədlərini pozmağa və ölkəmizə daxil olmağa təhrik etməsi kimi faktlar göstərilib. Müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında 120-dən çox insanın həlak olduğu və yaralandığı nəzərə çatdırılıb.

Mərkəzin rəhbərliyi Yaponiyanın müvafiq qurumlarını Ermənistanın davamlı antihumanist və terrorçu siyasətini qətiyyətlə pisləməyə, Ermənistanın beynəlxalq humanitar qanunlara zidd hərəkətlərinin qarşısını almaq məqsədilə beynəlxalq ictimaiyyəti mühüm addımlar atmağa və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb.

Ən son xəbərlər

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər

Bahar Muradova Türkiyə səfiri ilə görüşüb

Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

Tokio-2020: 22 idmançı mübarizəni dayandırıb, 2-si medal qazanıb - SİYAHI

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Prezident İsmayıllıda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Kəmaləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb

AAYDA: “Zəfər Yolu”nun 60-70%-i hazırdır”

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

Mövlud Çavuşoğlu: "Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb"

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək