Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0122 AZN

Erməni şərhçi separatçı rejimə yardımlar edib

Erməni şərhçi separatçı rejimə yardımlar edib

"Arustamyanın Bakıdakı oyunlara akkreditasiyasının bloklanması qətiyyən onun etnik mənşəyi ilə bağlı məsələ deyil".

Bunu açıqlamasında Qol.az saytının baş redaktoru, əməkdar jurnalist Aydın Bağırov Rusiyanın "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıdakı oyunlarına akkreditasiya ala bilməməsinin səbəbi barədə danışarkən deyib.

O bildirib ki, indiyədək Azərbaycanda keçirilmiş böyük idman yarışlarında Ermənistan həm komanda şəklində təmsil olunub, həm də erməni idmançılar müxtəlif ölkə yığmalarının tərkibində iştirak edib: "Hətta burada mükafat da qazanıblar. Yəni, onların buraya gəlişi ilə bağlı heç bir problem olmayıb, dövlət onların təhlükəsizliyinə yüksək səviyyədə təminat verib, iştiraklarına şərait yaradıb".

Bağırov Arustamyanın akkreditasiyasının bloklanmasının Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı olduğunu söyləyib: "Bu günədək bir çox xarici ölkə vətəndaşı, müxtəlif xalqların nümayəndələri bir zamanlar işğal altında olmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycanın dövlət qurumları, rəsmi Bakı tərəfindən "qara siyahı"ya salınıb, onların ölkəmizə gəlişinə icazə verilməyib. Yalnız bəziləri Azərbaycan tərəfinə üzrxahlığını bildirdikdən sonra kimlərinsə adı həmin siyahıdan çıxarılıb. Arustamyanla bağlı məsələ də sırf bundan qaynaqlanır. Onun Xankəndiyə qanunsuz səfəri olub. Bu gün açıqlamasını oxudum. Özü də etiraf edib ki, Xankindəyə gedib, guya orada futbol turniri adı altında fəaliyyətlə məşğul olub. Amma biz bilirik ki, belə məkrli səfərlərin arxasında hansı niyyətlər gizlənir. Orada separatçı rejimə, döyüşçülərə yardımlar edilib".

Aydın Bağırov
Aydın Bağırov

Tanınmış jurnalist AFFA-nın bu məsələ ilə bağlı vaxtında addım ataraq, UEFA-ya müraciət etdiyini vurğulayıb: "Beləliklə, milli assosiasiya Arustamyanın akkreditasiyasının bloklanmasına nail olub. Bildiyimə görə, təşkilatçı şəhərlərdən biri kimisə bloklayırsa, UEFA avtomatik olaraq həmin şəxsə akkreditasiya vermir. Artıq problem aradan qaldırılsa da, bunun Bakıdakı matçlara aidiyyatı yoxdur. Erməni şərhçi digər şəhərlərdə keçiriləcək oyunlarda iştirak edə biləcək".

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Ən son xəbərlər

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər

Bahar Muradova Türkiyə səfiri ilə görüşüb

Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

Tokio-2020: 22 idmançı mübarizəni dayandırıb, 2-si medal qazanıb - SİYAHI

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Prezident İsmayıllıda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Kəmaləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb

AAYDA: “Zəfər Yolu”nun 60-70%-i hazırdır”

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

Mövlud Çavuşoğlu: "Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb"

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək