Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

Avropa İttifaqı münaqişədən əziyyət çəkənlərə yardım üçün vəsait ayırıb

Avropa İttifaqı münaqişədən əziyyət çəkənlərə yardım üçün vəsait ayırıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb.

Görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib.

Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət yetirdiyi, bərpa-quruculuq işlərinin gedişini şəxsən nəzarətdə saxladığı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərdə olduğu bildirilib.

Vurğulanıb ki, həmin ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” kimi ən müasir layihələr icra ediləcəkdir və bu işlər bir sıra Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu diqqətə çatdırılıb.

Dövlət Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Ağdamda, Tərtərdə və Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart səmimi görüş üçün təşəkkür edib. O, Azərbaycan hökumətinin müharibə nəticəsində ziyan dəymiş yerlərin bərpası üçün proaktiv fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hərbi münaqişədən əziyyət çəkmiş insanlara yardım göstərilməsi üçün Avropa İttifaqı tərəfindən vəsait ayrıldığını bildirib. Nikolas Qovart mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Avropa İttifaqına məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən layihələrinə görə təşəkkür edilib. Dövlət Komitəsi tərəfindən növbəti layihələrin icrası üçün zəruri dəstəyin göstəriləcəyi nəzərə çatdırılıb.

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib