Bakı
11°
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Tramp: “Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni “böyük problemlər” gözləyir”

Tramp: “Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni “böyük problemlər” gözləyir”

Türkiyənin Suriyanın şimalında başladığı hərbi əməliyyatların fəsadları sanksiyalardan daha ağır ola bilər.

“ABC News”-un verdiyi məlumata görə, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Əgər bu baş versə, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm. Bir dəfə bunu etmişdim. Ümid edirəm ki, o (Ərdoğan) əməliyyatı mümkün qədər insani şəkildə aparacaq”, – prezident qeyd edir.

Donald Tramp əlavə olaraq bildirib ki, cəza tədbirləri “sanksiyalardan daha ağır” olacaqdır.

Ankaraya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin müəllifləri Demokratik Partiyasının senatoru Kris Van Hollen və respublikaçı Lindsi Grem olmuşdur.

Daha əvvəl Donald Tramp Suriya ərazisində təxminən 50 min hərbiçinin olduğunu söyləmişdi.

“Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni “böyük problemlər” gözləyir”, – Tramp.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 8 oktyabrda Suriyanın şimal-şərqində təhlükəsiz zona yaratmaq üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan etmişdir. Əməliyyat kürdlərin “Özünümüdafiə bölmələri” nə və İslam Dövlətinə qarşı yönəldilmişdir. Vaşinqton, ABŞ-ın əməliyyatda iştirak etməyəcəyini və ya heç bir şəkildə bu əməliyyatda vasitəçilik etməyəcəyini bildirib.