Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Bu yolda təmir başlanır

 Bu yolda təmir başlanır

 Bugündən etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən  verilən məlumata görə, təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.