Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Türkiyə ordusu Suriyada terrorçuların 181 sığınacağına zərbələr endirib

Türkiyə ordusu Suriyada terrorçuların 181 sığınacağına zərbələr endirib

Türkiyənin Silahlı Qüvvələri Suriyada "Sülh çeşməsi " əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına zərbələr endirib.

 Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

"Sülh çeşməsi" əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib", - deyə xəbərdə bildirilir.

Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna raket mərmiləri atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.