Bakı
18° Aydın hava
Axşam-Axşam
İndi Efirdə 17:00 - 18:00 Əzizə və Rəfailin təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8757 AZN

Trampla Ərdoğanın telefon danışığında yeni detal ortaya çıxdı

Trampla Ərdoğanın telefon danışığında yeni detal ortaya çıxdı

Bir neçə gün öncə ABŞ və Türkiyə Prezidentləri arasında baş tutan telefon danışığının təfərrüatları məlum olub.

Donald Trampla Rəcəb Tayyib Ərdoğanın telefon söhbətinə ABŞ-ın Müdafiə naziri Mark Esper ilə Baş qərargah rəisi, general Mark Milleyin də qatıldığı ortaya çıxıb.

Qeyd edək ki, sözügedən telefon danışığı Türkiyənin Suriyanın şimalında YPG/PKK-nın mövqelərinə qarşı mümkün hərbi əməliyyatdan öncə 50 amerikalı əsgərin bölgədən çıxarılması ilə bağlı qərara səbəb olub. 

ABŞ KİV-də Trampın verdiyi bu ani qərara Pentaqonun tamamilə hazırlıqsız olduğuna dair xəbərlər yayılmışdı.

Liderlərin əlaqəsindən sonra Ağ Ev mətbuata açıqlamasında Türkiyənin Fəratın qərbində əməliyyat aparacağını, ABŞ-ın bu əməliyyata müdaxilə etməyəcəyini açıqlamışdı.