Bakı
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - 1.7 AZN
EUR - 1.8926 AZN

Madonna konsertini təxirə saldı - Dizi zədələnib

Madonna konsertini təxirə saldı - Dizi zədələnib

Dünya şöhrətli müğənni Madonna Nyu-Yorkdakı şousunu təxirə salmağa məcbur olub.  Ulduz dizindəki zədəyə görə səhnəyə çıxa bilməyəcəyini deyib.

Müğənninin saytında dizindəki zədə ilə bağlı onun yataq rejimində olmasının vacibliyi qeyd edilib. Konsertə bilet alanların isə şounun yeni tarixi ilə bağlı məlumatları izləməsi tövsiyə olunub.

Qeyd edək ki, müğənninin "Madame X" konserti oktyabrın 10 və 12-i olmalı idi.