Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Aktrisa hakim qarşısında

Aktrisa hakim qarşısında

Türkiyəli aktrisa Deniz Çakır hakim qarşısına çıxıb.

Dəniz Çakır "xalqın bir hissəsini din və məssəb fərqliliyi " iddiası ilə ittiham edilir.

Getdiyi kafedə yan masada oturan hicablı qızları təhqir etməkdə günahlandırılan və "Sizin yeriniz bura yox, Ərəbistandır" dediyi söylənilən Deniz hakim qarşısına çıxıb. Aktrisa isə məqsədinin onları təhqir etmək olmadığını deyib.

Şikayətçi tərəfin vəkili Denizin müttəhim kürsüsündə deyil, vəkilinin yanında oturmasını doğru hesab etmədiyini və hakimin bitərəf olmasından şübhələndiyini deyərək yeni hakim tələb edib. Bu səbəblə də işin İstanbul Növbətçi Ağır Cəza Məhkəməsinə göndərilməsinə qərar verilib.